• Yüngül və ləzzəlti makaronlu salat resepti

Reseptin məlumatları Baxış sayı: 14 186

Tarix : 17-12-2016, 21:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Makaron 250q
Vetçina 300q
Bolqar bibəri 2 ədəd
Cherry pomidoru 6 ədəd
Qara zeytun(tumsuz) 2-3 x.q.
Mayonez 1 x.q.
Zeytun yağı 1 x.q.
Parmezan pendiri
Zövqünüzə görə duz, istiot.

Hazırlanması:
Makaronu qaynayan duzlu suda 7-8 dəqiqə bişirin. Suyu süzüb, makaronum soyumasını gözləyin. Vetçina, pomidor və bolqar bibəri nazik, xırda hissələrə doğrayın. Zeytunları xırda dairələrə doğrayın. Bütün doğranılan ərzaqları makaron ilə bir qaba yerləşdirib, mayonez və zeytun yağını əlavə edin. Salatı yaxşıca qarışdırıb, üzərinə parmezan pendirini sürtkəcdən keçirin.

Nuş olsun!
Etiketlər: doğrayın, bibəri, zeytun, xırda, Vetçina, yerləşdirib, ərzaqları, makaron, doğranılan, dairələrə, hissələrə, mayonez, Zeytunları, Bütün, əlavə, parmezan, pendirini, sürtkəcdən, keçirin, üzərinə
BİZİ İZLƏYİN