• Karusel salatı resepti

Reseptin məlumatları Baxış sayı: 18 004

Tarix : 11-08-2014, 00:50

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 orta boy soğan
0,5 banka qarğıdalı konservi
200-250 q koreya üsulu yerkökü
150-200 q hisə verilmiş toyuq döşü
1 paket suxarı
mayonez

Hazırlanması:
Koreya üsulu yerkökünü hazırlayın. (Bunun üçün 250 q kökü saman kimi doğrayın. Sarımsağı və keşniş toxumunu əzin, duz, qırmızı və qara istiot, duz, 1 çimdik şəkər tozu ilə birlikdə yerkökü ilə qarışdırın. Bir soğanı çox xırda doğrayıb yağda qızardın. Sonra soğanı yağdan çıxarın. Yağı qaynar-qaynar kökün üzərinə gəzdirin. Sonra buna 1-1,5 x.q. sirkə də əlavə edib qarışdırın).

Soğanı xırdalayıb üzərinə qaynar su tökün. 5 dəqiqə sonra süzün.

Toyuq ətini kubik doğrayın.

Yerkökü, soğan, toyuq əti, qarğıdalını qarışdırın, süfrəyə verərkən mayonez əlavə edib qaışdırın, üzərinə suxarı səpin.

Nuş olsun!
Etiketlər: qarışdırın, qaynar, üzərinə, suxarı, mayonez, doğrayın, Sonra, əlavə, toyuq, soğanı, soğan, yerkökü, üsulu, Soğanı, tökün, dəqiqə, xırdalayıb, sirkə, qarğıdalı, kökün
BİZİ İZLƏYİN