• Ballı-limonlu tərəvəz salatı resepti

Reseptin məlumatları Baxış sayı: 12 683

Tarix : 9-01-2017, 14:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
3 xiyar
2 yaşıl alma
100 q kahı
100 q cəfəri
2-3 ç.q. bal
0,5 limonun şirəsi
80 q araxis (yaxud küncüt)
duz
istiot
bitki yağı

Hazırlanması:
Xiyarla almaları yuyub qurulayın. Almanın cecəyini çıxarın. Sonra koreya üsulu yerkökü üçün olan sürtgəcdən alma ilə xiyarı keçirin.

Almaların üzərinə azca limon şirəsi səpin, xiyarla qarışdırın.
Kahı yarpaqlarını yuyun, suyu çəkiləndən sonra əlinizlə parçalara ayırın. Göyərtini xırda doğrayın.

Balı limon şirəsində əriyənəcən qarışdırın.

Cəfəri ilə kahını duzlayıb-istiotlayın, üzərinə sousu töküb qarışdırın.

Qaba kahı ilə göyərti qarışığını, üzərinə alma ilə xiyarı qoyun. Azca istiot vurun, üzərinə sevdiyiniz bitki yağını gəzdirin, araxis (yaxud qoz), küncüt, yaxud limon sedrası səpin.

Nuş olsun!
Etiketlər: üzərinə, yaxud, qarışdırın, limon, bitki, istiot, xiyarı, səpin, şirəsi, küncüt, araxis, əriyənəcən, Cəfəri, kahını, şirəsində, xırda, parçalara, ayırın, Göyərtini, duzlayıb
BİZİ İZLƏYİN