• Pekin kələmindən salat resepti

Reseptin məlumatları Baxış sayı: 17 750

Tarix : 9-08-2014, 23:06

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 baş pekin kələmi
4 fərqli rəngli bolqar bibəri
2 ərinmiş qaymaqlı pendir
200 q brınza
2 x.q. xama
1 banka dənəsiz qara zeytun konservi
2-3 diş sarımsaq

Hazırlaması:
Qaymaqlı pendiri, brınzanı, əzilmiş sarımsağı çəngəllə əzin, xama əlavə edib qarışdırın.

Bibərləri xırda kubik, zeytunu həlqə doğrayın. Pendirli əzməni əlavə edib qarışdırın.

Kələmi uzununa iki yerə bölün.

Yarpaqlarını ehtiyatla aralayaraq hər birinin arasına iç doldurun.

Kələmin özəyini kəsib çıxara da bilərsiniz.

Hər iki tayı beləcə doldurduqdan sonra ağız-ağıza qoyub qida plyonkasına bükün (ayrı-ayrılıqda da edə bilərsiniz).

Soyuducuda iki saat saxlayın.

Süfrəyə verəndə dilimləyin, üzərinə limon şirəsi gəzdirin.

Nuş olsun!
Etiketlər: bilərsiniz, əlavə, qarışdırın, özəyini, çıxara, beləcə, Kələmin, kəsib, doldurun, Yarpaqlarını, bölün, ehtiyatla, aralayaraq, arasına, birinin, doldurduqdan, sonra, üzərinə, dilimləyin, verəndə
BİZİ İZLƏYİN