• Bahar əhvalı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 21 054

Tarix : 14-08-2014, 00:30

Bölmə : Salatlar / Foto reseptlər

Mətbəx : Rus mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 6-8


Tərkibi:
1 yerkökü
1 alma
300 q qaraciyər (toyuq)
1 baş soğan
1 kartof
250 q mayonez
2 yumurta
1 göy soğan
yarım dəstə reyhan
5 çerri pomidoru

Hazırlanması:
Toyuğun qaraciyərini, yerkökünü, kartofu və yumurtaları ayrılıqda suda qaynadın.

Soğanı doğrayıb yağda qızılı rəng alanadək qovurun.

Kartofu sürtgəcin iri gözündən keçirib salat qabına yığın, üzərinə mayonez çəkin.
Bahar əhvalı resepti - FOTO RESEPT


Üzərinə doğranmış göy soğan səpin.
Bahar əhvalı resepti - FOTO RESEPT


Soğanın üstünə qaraciyəri sürtgəcdən keçirin, istiot vurub mayonez çəkin.
Bahar əhvalı resepti - FOTO RESEPT


Qovrulmüş soğanı döşəyin.
Bahar əhvalı resepti - FOTO RESEPT


Bunun üzərinə almanı sürtgəcdən keçirin. Üzərinə mayonez çəkin.
Bahar əhvalı resepti - FOTO RESEPT


Üzərinə yerkökünü sürtgəcdən keçirib mayonez çəkin.
Bahar əhvalı resepti - FOTO RESEPT


Bişmiş yumurtanın ağının üst tərəfindən "çiçək ləçəkləri" üçün xırda dairələr kəsin, qalan yumurta ağlarını və sarılarını ayrılıqda sürtgəcin xırda gözündən keçirin.

Salatın üzərini gözəyarı ikiyə bölün: yumurtanın ağını bir yarısına, sarısını digər yarısına döşəyin. Çörək qabığından (yaxud lavaşanadan) nazik şəridlər kəsərək "budaq", yumurta ağından kəsdiyiniz dairələrdən çiçək düzəldib ortalarına yumurta sarısı səpin.
Bahar əhvalı resepti - FOTO RESEPT


Salatın ağ yerinə də "budaqlar" qoyub çerri pomidorlarını düzün.
Bahar əhvalı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: mayonez, çəkin, yumurta, sürtgəcdən, Üzərinə, keçirin, soğan, səpin, ayrılıqda, sürtgəcin, gözündən, üzərinə, yarısına, keçirib, çiçək, yerkökünü, yumurtanın, xırda, döşəyin, çerri
BİZİ İZLƏYİN