• İngilis salatı resepti

Reseptin məlumatları Baxış sayı: 18 754

Tarix : 16-08-2014, 11:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 q kərəviz kökü
250 q toyuq filesi
150 q şampinyon
3 duzlu xiyar
6-7 x.q. mayonez
2 ç.q. xardal
duz
qara istiot

Hazırlanması:
Toyuq ətini bişirib soyudun, nazik doğrayın.

Kərəviz kökünü təmizləyib nazik doğrayın.

Xiyar və şampinyonları da saman kimi doğrayın.

Hamısını toyuq əti ilə qarışdırıb istiot, mayonez və xardal qarışığı, duz (nəzərə adın ki, içində duzlu xiyar var) əlavə edib qarışdırın.

Kimsə mayonez xoşlamırsa, 125 q qatıq, 2 ç.q. xardal, 1/4 limon şirəsinin qarışığından istifadə etsin. Əsl pəhriz salatı alınacaq.

Nuş olsun!
Etiketlər: doğrayın, xardal, mayonez, toyuq, nazik, xiyar, istiot, duzlu, limon, qarışdırın, içində, qatıq, xoşlamırsa, əlavə, Kimsə, şirəsinin, etsin, alınacaq, olsun, salatı
BİZİ İZLƏYİN