• Suxarili toyuq salatı resepti

Reseptin məlumatları Baxış sayı: 19983

Tarix : 4.03.2017, 22:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Çörək 1 dilim (köhnəlmiş)
Qarğıdalı yağı 50 ml
Toyuq filesi 150 q
Pomidor 1 ədəd (orta ölçüdə)
Qırmızı soğan 1 ədəd (kiçik ölçüdə)
Salat 100 q
Romen və ya aysberq
Xıyar 1 ədəd (orta ölçüdə)

Sous üçün:
Zeytun yağı 2 x.q
Balzamik sirkə 1 x.q
Limon şirəsi 1 ç.q

Hazırlanması:
1. İlk öncə salat üçün krutonları (suxari) hazırlamaq lazımdır. Bunun üçün sobanı 160 dərəcə isidin. Çörəyi 1x1 ölçülü kublara doğrayın və 20-25 dəq. ərzində sobada qurudun.

2. Tavada qarğıdalı yağını isidin və toyuq filesini tam bişənədək qızardın. Duzlayıb istiotlayın. Fileni soyudun.

3. Sous üçün zeytun yağı, balzamik sirkə və limon şirəsini qarışdırın.

4.Pomidorları dilim-dilim, salatı iri hissələrə, soğanı isə halqa-halqa doğrayın. Xıyarı uzununa nazik doğrayın. Salatı servis edəcəyiniz boşqaba toyuğu, salatı, pomidoru və soğanı lay-lay yığın. Xıyarı salatın ətrafına düzün, krutonları isə salatın üzərinə yerləşdirin. Sousu salatın üzərinə qəzdirib masaya vermək olar.

Nuş olsun!


Etiketlər: doğrayın, ölçüdə, salatın, dilim, salatı, halqa, isidin, sirkə, üzərinə, Xıyarı, soğanı, krutonları, Pomidorları, hissələrə, qarışdırın, Duzlayıb, qızardın, soyudun, Fileni, zeytun
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN