• Nar bilərziyi resepti

Reseptin məlumatları Baxış sayı: 12 922

Tarix : 26-03-2017, 14:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 6-8

Şef / Mənbə : Chef Mübariz


Tərkibi:
3 ədəd kartof
1 ədəd iri çuğundur
3 ədəd yumurta
1 stəkan qoz ləpəsi - xırda-xırda doğranmış
2 ədəd toyuq sine
mayonez (istəyə görə mayonezi xamayla qarışdırmaq da olar)
duz,istot
1 ədəd iri nar

Hazırlanması:
Yerkökü, kartof, çuğundur (ayrı qazanda) və yumurtanı suda bişirin. Sürtkəcin iri gözündən keçirib ayrı-ayrı qablara yığın. Ayrı qazanda bir az duz salınmış suda toyuq ətini də bişirib, əlinizlə didin. İri yastı qabın ortasına su stəkanı qoyun. Ərzaqları bu stəkanın ətrafında ardıcıllıqla yayın. Hər laya mayonez sürtməyi unutmayın.

Qeyd: arada layları duzlayın, amma çox deyil, çünki mayonez duzlu olur.
Axırda mayonezi salatıın hər tərəfinə çəkin. Üstünə və kənarlarına nar dənələri səpin və əlinizlə yüngülvari sıxın ki, yapışsınlar. Bir neçə saatlıq soyuducuya qoyun. Beləlilə xidmətə hazırdır.

Nuş olsun!
Etiketlər: mayonez, mayonezi, əlinizlə, qazanda, toyuq, kartof, çuğundur, qoyun, xırda, deyil, çünki, Axırda, yayın, duzlu, layları, salatıın, sürtməyi, arada, unutmayın, duzlayın
BİZİ İZLƏYİN