• İzabella salatı resepti

Reseptin məlumatları Baxış sayı: 19 422

Tarix : 11-08-2014, 15:18

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 hisə verilmiş toyuq budu
5 yumurta
500 q şampinyon
2 baş soğan
3 duzlu xiyar
koreya üsulu yerkökü

Hazırlanması:
Yumurtaları bişirib soyudun, xırda doğrayın.
Göbələk və soğanı xırda doğrayın, ayrı-ayrılıqda bitki yağında qovurun.
Aralarına mayonez çəkməklə lay-lay düzün:

hisə verilmiş toyuq əti + göbələk + soğan + yumurta + duzlu xiyar + koreya üsulu yerkökü

Bu salatı adətən izabella sortundan olan üzüm və bir budaq şüyüdlə bəzəyirlər (elə adı da buradan götürülüb). Amma üzüm yoxdursa, onu qara zeytunla əvəzləyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: üsulu, xiyar, yerkökü, xırda, doğrayın, duzlu, koreya, toyuq, soğan, yumurta, verilmiş, şüyüdlə, budaq, izabella, bəzəyirlər, salatı, sortundan, əvəzləyə, bilərsiniz
BİZİ İZLƏYİN