• Fransız sevgili salatı resepti

Reseptin məlumatları Baxış sayı: 17 113

Tarix : 14-08-2014, 02:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300 q toyuq filesi
2 baş soğan
1 st. ağ kişmiş
1-2 yerkökü
50 q pendir
1 st. qoz
2 portağal
şəkər tozu
duz
mayonez

Hazırlanması:
Toyuq filesini bişirin, soyudub doğrayın.

Soğanı doğrayıb üzərinə qaynar su tökün, 3 dəqiqə sonra süzün, sonra sirkə, duz və şəkər qarışığında marinə edin.

Kişmişi qaynar suda bir dəqiqə saxlayıb süzün.

Yerkökü və pendiri ayrılıqda sürtgəcdən keçirin.

Qozu xırdalayın.

Aralarına mayonez çəkməklə lay-lay düzün:

toyuq + marinə edilmiş soğan + kişmiş + yerkökü + pendir + qoz.

Salatı bir neçə saat soyuducuda saxlayın. Süfrəyə verərkən üzərini portağalla bəzəyin.

Nuş olsun!
Etiketlər: marinə, mayonez, süzün, sonra, dəqiqə, qaynar, şəkər, kişmiş, toyuq, soğan, yerkökü, pendir, sürtgəcdən, düzün, Aralarına, xırdalayın, keçirin, çəkməklə, saxlayın, üzərini
BİZİ İZLƏYİN