• Nar bilərziyi resepti

Reseptin məlumatları Baxış sayı: 4 102

Tarix : 3-04-2017, 21:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 ədəd toyuğun döş əti
4 ədəd kartof
4 ədəd yumurta
4 ədəd yerkökü
3 ədəd narın dənəsi
xırda doğranmış qoz ləpəsi
mayonez
duz
istiot

Hazırlanması:
Əvvəlcə toyuğun döş ətini yaxşıca qaynadıb, kənarda soyumağa qoyun. Daha sonra əlinizlə didməyə başlayın. Başqa bir qabda yerkökü, kartof və yumurtanı bişirib,hamısını ayrı-ayrı qablarda sürtgəcin böyük gözündən keçirin.

Qozu isə bıçaqla doğrayın. Mayonezin içinə duz əlavə edin ki salatın hər qatına duz eyni miqdarda düşsün. Düz boşqabın ortasına stəkan qoyun. Əvvəlcə kartofu töküb mayonezləyin.

Daha sonra eyni üsulla yerkökünü, toyuğun döş ətini,yumurtanı töküb, araların mayonezləyin və üzərinə qoz səpin. Sonda isə nar dənələrini salatın üzərinə düzün.Stəkanı salatın ortasından çıxarın.

Nar salatı hazırdır.

Nuş olsun!
Etiketlər: toyuğun, salatın, qoyun, töküb, Əvvəlcə, yumurtanı, ətini, sonra, yerkökü, üzərinə, kartof, mayonezləyin, kartofu, stəkan, boşqabın, əlavə, içinə, qatına, miqdarda, düşsün
BİZİ İZLƏYİN