• İlk qar salatı resepti

Reseptin məlumatları Baxış sayı: 20 318

Tarix : 14-08-2014, 10:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 q kartof
2 duzlu xiyar
3 yumurta
500 q toyuq filesi
1 baş soğan
50 q qoz
2 diş sarımsaq
2 x.q. mayonez
duz, istiot

Hazırlanması:
Kartofu qabıqlı bişirib təmizləyin, kubik doğrayın.

Toyuq filesini duzlu suda bişirib soyudun, kubik doğrayın.

Yumurtaları suda bişirib soyudun, xırda kubik doğrayın.

Duzlu xiyarı və soğanı xırda kubik doğrayın.

Sarımsağı əzin, mayonezlə qarışdırın.

Toyuq əti, kartof, xiyar, soğan, yumurta və sarımsaqlı mayonezi qarışdırın. Duz, istiot vurun.

Kahı yarpaqlarına yığın.

Qozu xırdalayıb üstünə səpin. Üzərini zeytunla da bəzəyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: kubik, doğrayın, bişirib, kartof, istiot, qarışdırın, soyudun, xırda, soğan, xiyar, yumurta, Toyuq, duzlu, yığın, vurun, sarımsaqlı, mayonezi, yarpaqlarına, səpin, bilərsiniz
BİZİ İZLƏYİN