• Sezar salatı resepti

Reseptin məlumatları Baxış sayı: 4 762

Tarix : 5-04-2017, 14:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Xatirə


Tərkibi:
300 qr toyuğun döş əti
200 qr pendir parmezan
200 qr pomidor çerri
200 qr suxari
Kahı
Sous:
Mayonez
Narın xörək duzu
istiot
1 diş sarımsaq
1 ədəd limonun şirəsi.

Hazırlanması:
Toyuq ətini xırda doğrayıb, duz, istiot vurub bişiririk. Çox qurutmuruq döş əti tez bişdiyi üçün bir az qovurub götürürük. Pendir xırda-xırda doğranılır və ya sürtgəcdən keçirilir.
Sousunu hazırlayırıq: Mayonezin içərisinə limon suyu və bir diş sarımsaq əzilir qarışdırılır.
Kahı və pomidor xırda doğranılır, bunların üzərinə suxari, pendir, toyuq əti əlavə olunur, duz istiot vurulur, sousu əlavə edib qarışdırılır.

Nuş olsun!
Etiketlər: xırda, istiot, sarımsaq, qarışdırılır, doğranılır, əlavə, suxari, pomidor, pendir, sürtgəcdən, içərisinə, Mayonezin, keçirilir, limon, hazırlayırıq, Sousunu, üzərinə, vurulur, sousu, olunur
BİZİ İZLƏYİN