• Həsir şlyapa salatı resepti

Reseptin məlumatları Baxış sayı: 21 613

Tarix : 14-08-2014, 13:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1-2 çuğundur
3 kartof
1 iri yerkökü
100 q pendir
3 yumurta
300 q mal əti
mayonez
xama
2 diş sarımsaq
1,5 st. qoz
nar
cəfəri

Hazırlanması:
Mayonezi xama və əzilmiş sarımsaqla qarışdırın - bu, sousdur, layların arasına çəkiləcək.

Əti, tərəvəzi, yumurtaları suda bişirin.

Lay-lay düzün:

kartofu sürtgəcdən keçirin + mayonezli qarışıq
çuğunduru sürtgəcdən keçirin + mayonezli qarışıq
yerkökünü sürtgəcdən keçirin + mayonezli qarışıq
xırdalanmış qozun bir hissəsi
xırdalanmış ətin yarısı + mayonezli qarışıq

Bundan sonrakı layların diametrini kiçildin:

kartofu sürtgəcdən keçirin + mayonezli qarışıq
xırdalanmış yumurta sarısı
sürtgəcdən keçirilmiş pendir
ətin qalanı
yerkökü

Sonra salatın üstünə mayonezli qarışıq çəkin, yumurta ağını sürtgəcdən keçirib üstünə döşəyin, sous gəzdirin. Üzərinə sürtgəcdən keçirilmiş pendir və qoz səpin.

Salatı nar dənələri və cəfəri yarpaqları ilə bəzəyin.

Nuş olsun!
Etiketlər: sürtgəcdən, qarışıq, mayonezli, keçirin, xırdalanmış, pendir, yumurta, keçirilmiş, layların, kartofu, üstünə, yerkökü, cəfəri, qalanı, sarısı, sonrakı, diametrini, kiçildin, Sonra, ağını
BİZİ İZLƏYİN