• Qaşıq salatı resepti

Reseptin məlumatları Baxış sayı: 7 663

Tarix : 10-04-2017, 14:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 ədəd pomidor
2 ədəd xiyar
1 ədəd balaca baş soğan (böyük olsa yarsı)
3 ədəd acı bibər
1 ədəd qırmızı bibər
1 dəstə cəfəri
1 dəstə təzə nanə
5 sap yaşıl soğan (1 dəstədə bəzə elə 5 sap olur)
1 dəstə şüyüd
1 dəstə vəzəri
2 x.q narşərab
yarım limon suyu
bitki yağı (adətən zeytun yağı)
duz

Hazırlanması:
pomidor, xiyar, acı bibər, qırmızı bibər, cəfəri, təzə nanə, yaşıl soğan, şüyüd, vəzəri hamısını yuyub təmizləyib çox xırda xırda doğrayıb bir qaba yığıb yavaş yavaş qarışdırırıq, üzərinə zövqə görə biraz duz səpirik.

Sous üçün isə duru yağ, limon suyu və narşərabı qarışdırıb hazır edirik. Süfrəyə verərkən üzərinə sousu əlavə edib təqdim edirik.

Nuş olsun!
Etiketlər: bibər, dəstə, soğan, limon, edirik, xırda, yavaş, üzərinə, şüyüd, pomidor, vəzəri, qırmızı, xiyar, cəfəri, yaşıl, biraz, əlavə, zövqə, təqdim, səpirik
BİZİ İZLƏYİN