• Makaron salatı resepti

Reseptin məlumatları Baxış sayı: 4 665

Tarix : 29-04-2017, 22:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Elna


Tərkibi:
2 stəkan makaron
yarım paket toyuq filesi
2-3 ədəd rəngli bibər (sarı,qırmızı,yaşıl)
1 ədəd təzə xiyar
2 ədəd duzlu xiyar
2-3 diş sarımsaq
1 ədəd pomidor (içi yox)
yarim qırmızı soğan
göyərti (keşniş,şüyüd,cəfəri və s.)
mayonez
konserv yaşıl noxud
duz, istiot

Hazırlanması:
İlk öncə makaronu və toyuq filesini ayrıca az duzlu suda bişiririk. Daha sonra təzə xiyar, duzlu xiyar, rəngli bibərlər, sarımsaq, pomidor, soğan, bişmiş toyuq filesi və göyərtini xırda doğrayırıq. Bir qaba makaron və doğranmış ərzaqları töküb, üzərinə mayonez,konserv yaşıl noxud və zövqə görə duz, istiot əlavə edib qarışdırırıq.

Salatı zövqə görə bəzəyib, süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: xiyar, duzlu, toyuq, yaşıl, pomidor, sarımsaq, mayonez, zövqə, istiot, konserv, soğan, noxud, makaron, qırmızı, rəngli, filesi, doğranmış, ərzaqları, doğrayırıq, xırda
BİZİ İZLƏYİN