• Paytaxt salatı resepti

Reseptin məlumatları Baxış sayı: 5 362

Tarix : 2-05-2017, 16:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Nuranə


Tərkibi:
300 qr mal əti,
3 ədəd yumurta,
3 ədəd kartof,
2 ədəd yerkökü,
2 ədəd turşu xiyar(kiçik ölçülü),
1 ədəd təzə xiyar,
keşniş, şüyüd, göy soğan,
duz,istiot,
xama,mayonez

Hazırlanması:
İlk öncə qazana su və duz töküb, əti bişiririk. Soyuduqdan sonra xırda doğrayırıq. Daha sonra kartof, yerkökü və yumurtanı suda bişiririk, qabığını təmizləyirik. Kartofu, yerkökünü, yumurtanı və xiyarı xırda kublar formasında, göyərtini isə incə-incə doğrayırıq. Bütün ərzaqları hamısını bir qaba töküb,duz, istiot əlavə edərək qarışdırırıq. Son olaraq xama və mayonez əlavə edib, yenidən qarışdırırıq. Zövqə görə bəzəyib, süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: bişiririk, töküb, mayonez, sonra, xırda, qarışdırırıq, əlavə, yumurtanı, istiot, doğrayırıq, yerkökü, xiyar, kartof, edərək, yumurta, hamısını, göyərtini, Bütün, ərzaqları, Nuranə300
BİZİ İZLƏYİN