• Makaron salatı resepti

Reseptin məlumatları Baxış sayı: 2022

Tarix : 15.05.2017, 21:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
100 qr. toyuğun döş əti
5 ədəd cherry pomidor
60 qr. xırda makaron
1 ədəd kök
1\2 alma
50 qr. lobya

Hazırlanması:
1. Toyuğun döş ətini uzunsov doğrayın.

2. Sobanın üzərinə tavanı qoyun, yağsız toyuğu xəfif çəhrayılaşana qədər qızardın.

3. Makaronu yağsız, duzsuz suda qaynadın.

4. Kökü də qaynayan suda bişirin.

5. Bişdikdən sonra kökü kiçik, uzunsov şəkildə doğrayın.

6. Cherry pomidorları 4 hissəyə bölün, almanı da kub şəklində doğrayın.

7. Bir qazan suyu qaynamağa qoyun, lobyanı bişirin.

8. Lobyanı süzün,doğrayın.

9. Bütün ərzaqları salat qabına əlavə edin.

10. Bir kasada 1 x.q. xardal, 1 kofe q. üzüm sirkəsi və 1 kofe q. zeytun yağından sous hazırlayıb, salata əlavə edin, qarışdırın.

Nuş olsun!
Etiketlər: doğrayın, əlavə, qoyun, bişirin, uzunsov, yağsız, qazan, qaynamağa, lobyanı, Lobyanı, şəklində, qarışdırın, pomidorları, hissəyə, bölün, almanı, süzün, Bütün, kasada, yağından
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN