• Üç pendirli toyuq salatı resepti

Reseptin məlumatları Baxış sayı: 3 349

Tarix : 19-05-2017, 16:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Çeddar pendiri – 30 qr.
Emmental pendiri – 30 qr.
Qoyun pendiri – 20 qr.
Toyuq filesi – 150 qr.
Kök – 1 ədəd
Yaşıl alma – 1 ədəd
Kahı – 1 ədəd
Qoz ləpəsi – 30 qr.
Cəfəri – yarım dəstə
Limon suyu – 2 x.q.
Zeytun yağı – 1 x.q.
Kəkotu – 1 çimdik
Qırmızı pul bibər – 1 ç.q.
Duz – 1 çimdik

Hazırlanması:
Toyuq filesi nazik doğranır, bir az döyəclənir, üzərinə kəkotu, duz, qırmızı pul bibər səpilib yağsız halda tavada bişirilir. Pendirlər kub formasında, qoz ləpəsi xırda, kahı iri halda (bıçaqla yox əllə) doğranılır, kök sürtgəcdən keçirilir. Limon suyu zeytun yağı ilə qarışdırılıb salatın üzərinə gəzdirilir. Salat qızardılmış toyuq filesi, cəfəri və xırda doğranmış alma dilimlərilə bəzədilir.

Nuş olsun!
Etiketlər: pendiri, filesi, ləpəsi, çimdik, Limon, bibər, xırda, halda, üzərinə, Toyuq, zeytun, keçirilir, bıçaqla, formasında, qarışdırılıb, doğranılır, sürtgəcdən, gəzdirilir, doğranmış, dilimlərilə
BİZİ İZLƏYİN