• Noxudlu, zeytunlu çoban salatı resepti

Reseptin məlumatları Baxış sayı: 3 811

Tarix : 22-05-2017, 12:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Qaynadılmış noxud – 300 qr.
Orta ölçülü xiyar – 2 ədəd
Pomidor – 2 ədəd
Cəfəri – 1 ovuc xırda doğranmış
Zeytun – 8 ədəd
Zeytun yağı
Limon
Bal

Hazırlanması:
Pomidorları kub şəklində doğrayın, sulu hissəsini isə çıxardın. Xiyarları uzunsov iki hissəyə ayırın, su buraxmasın deyə içərisini qaşıqla çıxardın və doğrayın. Zeytunları da iki yerə bölün. Bütün ərzaqları noxud və cəfərilə qarışdırın. Sous üçün: Limonun qabığını sürtgəcdən keçirin və yarım limonun suyunu sıxın. 4 x.q. zeytun yağı və 1 x.q. bal ilə bunları qarışdırın, salatın üzərinə əlavə edin və yaxşıca qarışdırın.

Nuş olsun!
Etiketlər: qarışdırın, Zeytun, çıxardın, noxud, doğrayın, sürtgəcdən, keçirin, Limonun, Bütün, ərzaqları, cəfərilə, yarım, qabığını, limonun, üzərinə, əlavə, yaxşıca, salatın, bunları, suyunu
BİZİ İZLƏYİN