Tərkibi:Daha əti – 250 qr.
Kartof – 5 ədəd
Soğan – 2 ədəd
Keşniş, şüyüd – 1 dəstə
Bitki yağı
Mayonez
Duz, istiot.
Hazırlanması:Soğan halqavari doğranır, 3 saat sirkəli suda saxlanılır. Dana əti bişirilir, didilir, kartof dilimlənib yağda qızardılır. Servis edəcəyiniz boşqaba ərzaqlar aralarına mayonez, duz, istiot səpilərək bu qayda ilə yığılır: kartof, soğan, ət. Salatın üzərinə mayonez çəkilir və xırda doğranmış göyərti səpilir.
Nuş olsun!
Etiketlər: mayonez, kartof, Soğan, istiot, qayda, səpilərək, aralarına, boşqaba, ərzaqlar, yığılır, Salatın, doğranmış, göyərti, səpilir, xırda, çəkilir, edəcəyiniz, üzərinə, soğan, qızardılır