• Valdorf salatı resepti

Reseptin məlumatları Baxış sayı: 15 288

Tarix : 18-08-2014, 17:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 2-4


Tərkibi:
2 ortaboy yaşıl alma
duz
100 q mayonez
250 q kərəviz (kökü)
1 çimdik ağ istiot
100 q qoz
4 x.q. qaymaq
1 çimdik qara istiot
2 x.q. limon şirəsi

Hazırlanması:
Kərəviz köklərini üst qabığından təmizləyin, yuyub saman kimi doğrayın.

Almaları təmizləyib kubik doğrayın. Üzərinə limon şirəsi gəzdirin.

Qozu xırdalayın.

Bütün ərzaqları qarışdırın.

Qaymağı azca çalın, mayonez, limon şirəsi, duz, qara və ağ istiotla qarışdırın,

Bu sousu salata qarışdırın, soyuducuda 2 saat saxlayın.

Nuş olsun!
Etiketlər: limon, şirəsi, qarışdırın, çimdik, doğrayın, mayonez, istiot, xırdalayın, Bütün, gəzdirin, Üzərinə, kubik, olsun, ərzaqları, saxlayın, sousu, çalın, təmizləyib, Qaymağı, soyuducuda
BİZİ İZLƏYİN