• Stroqanov salatı resepti

Reseptin məlumatları Baxış sayı: 16 527

Tarix : 18-08-2014, 21:00

Bölmə : Salatlar

Mətbəx : Rus mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
400 q qaynadılmış yağsız mal əti
250 q marinə edilmiş göbələk
6 ədəd göy soğan
1 şirin qırmızı bibər

Sous:
2/3 st. qatı xama
1 x.q. qıtığotu
2 x.q. limon şirəsi
duz
istiot

Hazırlanması:
Qaynadılıb soyudulmuş mal ətini nazik şəridlərə doğrayın.

Göbələyi uzununa doğrayın.

Bibərin toxumunu təmizləyib nazik saman kimi doğrayın.

Göy soğanı xırda doğrayın.

Əti, göbələyi, bibəri, soğanı qarışdırın.

Xamanı qıtığotu, limon şirəsi, duz, istiotla qarışdırıb salatın üzərinə tökün və qarışdırın.

Bu salatı xamasız, bitki yağı ilə də hazırlamaq olar. Bu zaman süfrəyə verərkən boşqaba kahı yarpaqları düzün, salatı üstünə qoyun, üzərinə doğranmış cəfəri səpin. Kahı yarpaqlarını həmçinin salatın içinə də doğraya bilərsiniz.

Nuş olsun!
Etiketlər: doğrayın, nazik, limon, şirəsi, qarışdırın, salatı, üzərinə, salatın, qıtığotu, soğanı, zaman, hazırlamaq, süfrəyə, verərkən, boşqaba, bitki, xamasız, qarışdırıb, clickable
BİZİ İZLƏYİN