• Çörək səbətində çuğundur salatı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 19 964

Tarix : 19-08-2014, 20:00

Bölmə : Salatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
5 dilim tost çörəyi
1 bişmiş çuğundur
1 baş soğan
2 x.q. zeytun yağı
2 x.q. acı ketçup
duz
istiot
ədviyyat, göyərti (zövqə görə)

Hazırlanması:
Çörək dilimini oxlovla yayıb formanın köməyilə dairə kəsin.
Çörək səbətində çuğundur salatı resepti - FOTO RESEPT


Bunları silikon formaların içinə yerləşdirib əlinizlə kənarlarını basdırın.
Çörək səbətində çuğundur salatı resepti - FOTO RESEPT


180 dərəcə qızdırılmış sobada qızılı rəng alanadək bişirin.
Çörək səbətində çuğundur salatı resepti - FOTO RESEPT


İç: soğanı doğrayıb zeytun yağında 5 dəqiqə qovurun, sürtgəcin iri gözündən keçirilmiş bişmiş çuğunduru əlavə edin.
Çörək səbətində çuğundur salatı resepti - FOTO RESEPT


Zövqünüə görə duz, istiot, başqa ədviyyatlar, göyərti, acı ketçup əlavə edin. tavanın qapağını örtüb 3 dəqiqə vam odda bişirin.
Çörək səbətində çuğundur salatı resepti - FOTO RESEPT


İçi bir az soyudun. Çörək səbətlərinin içinə yerləşdirib üstünü bəzəyin.
Çörək səbətində çuğundur salatı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: göyərti, istiot, dəqiqə, yerləşdirib, Çörək, ketçup, zeytun, içinə, bişirin, əlavə, bişmiş, gözündən, sürtgəcin, qovurun, yağında, alanadək, soğanı, doğrayıb, keçirilmiş, ədviyyatlar
BİZİ İZLƏYİN