• Çuğundurlu Napoleon salatı resepti

Reseptin məlumatları Baxış sayı: 20 578

Tarix : 21-08-2014, 13:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
bişmiş çuğundur
keçi pendiri
1 diş sarımsaq (zövqə görə)
qovrulmuş tum

Souslar (zövqə görə):
Sous №1:

2 x.q. zeytun yağı
2-3 x.q. (təzə) giləmeyvə şirəsi (məsələn, moruq və qara qarağat)
giləmeyvə (bəzək üçün)
doğranmış şüyüd
qırmızı istiot
duz

Sous №2:
doğranmış göyərti (şüyüd və ya cəfəri, nanə)
0,5 limonun şirəsi
2 x.q. bitki yağı
3 ç.q. nar şirəsi
nar dənələri (bəzək üçün)
1 çimdik qırmızı istiot
1 çimdik zirə
dəniz duzu

Sous №3 (sadə):
2-3 x.q. zeytun yağı
4-5 x.q. balzamik sirkə
duz, istiot

Hazırlanması:
Bişmiş çuğunduru 5-7 mm qalınlıqda laylara doğrayın. Keçi pendirini çəngəllə əzin. Sarımsağı əzin, pendir və qovrulmuş tumla qarışdırın.

Çuğundur layının üzərinə iç qoyun, üstünə daha bir çuğundur dilimi qoyun, yenə iç qoyun (3-4 lay belə hazırlayın).

Sonra isə zövqünüzə görə sousları hazırlayın.

Sous №1: zeytun yağını giləmeyvə şirəsi ilə qarışdırıb içinə doğranmış şüyüd tökün.

Sous № 2: limon və nar şirələrini qarışdırın, bitki yağı, zirə, istiot, duz əlavə edin.

Sous №3: zeytun yağı, sirkə, duz və istiotu qarışdırın.

"Napoleon"ların üzərinə sous gəzdirin, üstünə giləmeyvə və tum səpin, nanə yarpaqlarıyla bəzəyin.

Nuş olsun!
Etiketlər: şirəsi, giləmeyvə, zeytun, istiot, qarışdırın, qoyun, doğranmış, şüyüd, bəzək, çimdik, hazırlayın, qırmızı, bitki, sirkə, üzərinə, üstünə, qovrulmuş, çuğundur, zövqə, zövqünüzə
BİZİ İZLƏYİN