Tərkibi:1 banka (425 q) ananas konservi
1 soğan
2-3 kartof
4-5 yumurta
3-4 yerkökü
200 q bərk pendir
200 q qoz
2-3 mandarin (dənəsiz)
2 kivi
mayonez
Hazırlanması:Kartofu, yerkökünü, yumurtanı bişirin, soyudun. Salatı oval formada boşqaba lay-lay düzün, arasına mayonez çəkin.
1-ci lay - xırda doğranmış kartof
2-ci lay - xırda doğranmış soğan
3-cü lay - sürtgəcin iri gözündən keçirilmiş yerkökü
4-cü lay ananas (suyunu süzün, kubik doğrayın)
5-ci lay - xırdalanmış qoz
6-cı lay - xırda doğranmış yumurta + 7-ci lay - sürtgəcdən keçirilmiş pendir (mayonezsiz)
Üzərini mandarin və kivi ilə bəzəyin.
Nuş olsun!
Etiketlər: xırda, doğranmış, mandarin, pendir, keçirilmiş, yerkökü, mayonez, yumurta, ananas, soğan, kartof, suyunu, sürtgəcin, olsun, süzün, gözündən, xırdalanmış, bəzəyin, Üzərini, mayonezsiz