• Badımcandan laylı salat resepti

Reseptin məlumatları Baxış sayı: 15 783

Tarix : 23-08-2014, 13:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1-2 badımcan
2 yerkökü
2 duzlu xiyar
3 baş soğan
5 duzlu göbələk
1 alma
xama
cəfəri
duz

Hazırlanması:
Badımcanı yuyun. Sobada hazır olanadək bişirin. Soyudun. Çəngəllə əzin.

Yerkökünü yuyun, sürtgəcin iri gözündən keçirin.

Duzlu xiyarı xırda doğrayın.

Təzə baş soğanı xırda doğrayın.

Buluda əzilmiş badımcanı düzün. Üzərinə çalınmış xama çəkin.

Soğanın yarısını döşəyin. Üzərinə çalınmış xama çəkin.

Duzlu xiyarın yarısını döşəyib üzərinə çalınmış xama çəkin.

Yerkökünün yarısını döşəyin, üzərinə çalınmış xama çəkin.

Sonra layları təkrarlayın: badımcan+xama+soğan+xama+duzlu xiyar+xama+yerkökü+xama.

Salatın kənarlarını hamarlayın. Üstünü duzlu göbələk, alma dilimləri və cəfəri ilə bəzəyin. Zövqə görə duz vurun.

Nuş olsun!
Etiketlər: duzlu, çəkin, çalınmış, yarısını, Duzlu, yuyun, xırda, Üzərinə, döşəyin, cəfəri, üzərinə, doğrayın, xiyar, badımcan, soğan, yerkökü, göbələk, Yerkökünün, Sonra
BİZİ İZLƏYİN