• Bananlı peçenye resepti

Reseptin məlumatları Baxış sayı: 5 539

Tarix : 21-04-2021, 16:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
- 2 stəkan un
- 1 stəkan şəkər tozu
- 4 banan
- yarım ç.q. darçın
- 1 stəkan qoz
- 1 yumurta
- 100 qr kərə yağı
- 1,5 ç.q. qabartma tozu

Hazırlanması:
Kərə yağını şəkər tozu və yumurta ilə çalın.Unu qabartma tozu ilə birlikdə ələyin. Yağlı kütləyə əlavə edin, darçın əlavə edin, qarışdırın.Bananları təmizləyin, blenderdə əzin, xəmirə əlavə edin.Qozu xırda doğrayın, xəmirə əlavə edin, qarışdırın.Tavaya perqament kağızı sərin. Xəmiri qənnadı torbaya qoyun, tavaya dairələr formasında sıxın, hər dairənin ortasına qoz ləpəsini qoyun. Sobanı 180 C qədər qızdırın, 15 dəqiqə bişirin.

Nuş olsun!
BİZİ İZLƏYİN