• Squşonka ilə sadə piroq resepti

Reseptin məlumatları Baxış sayı: 5 070

Tarix : 22-04-2021, 16:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
- 1 st. un
- 50 q şəkər tozu
- 100 ml süd
- 4 yumurta
- 1 banka bişmiş qatılaşdırılmış süd (bişmiş squşonka)
- 2 ç.q. qabartma tozu
- 50 q kişmiş
- 1 st. qoz ləpəsi

Hazırlanması:
Bişmiş qatılaşdırılmış südün 2/3 hissəsini ləyənə tökün. Yumurta və şəkər tozunu əlavə edib mikserlə çalın. Qabartma tozu ilə qarışdırılıb ələnmiş un qataraq eynicinsli xəmir hazırlayın.Qozu iri doğrayın. Qozun yarısını və kişmişi xəmirə əlavə edib qarışdırın.Xəmiri yağlanıb içinə perqament döşənmiş formaya tökün. 180 dərəcə qızdırılmış sobada təxminən 40 dəqiqə bişirin.Bu müddətdə qatılaşdırılmış südün qalanını və südü bir qazana töküb ocağın üstünə qoyun, eynicinsli kütlə alınanadək qarışdıraraq bişirin.Hazır piroqu formadan çıxarmadan, isti-isti qaynar kremi üzərinə çəkin. Qoz səpin. 2 saat otaq temperaturunda saxlayın.

Nuş olsun!
BİZİ İZLƏYİN