• Qozlu soçi paxlavası resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 318 060

Tarix : 17-03-2017, 18:00

Bölmə : Şərbətli şirniyyatlar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

3 st. un
200 q otaq temperaturunda yağ
200 q xama
3 yumurtanın sarısı
0,5 ç.q. soda
1/4 ç.q. duz

İç üçün:
2 st. qoz (500 q)
darçın
5-6 ədəd hil
3 ədəd mixək
4 yumurtanın ağı
1 çimdik duz
300 q şəkər tozu
vanil

Üzəri üçün:
1 yumurta

Hazırlanması:
Yumurtaların ağını sarısından ayırın.

Xamaya soda və duz qatıb qarışdırın. Həcmi artacaq.
Qozlu soçi paxlavası resepti - FOTO RESEPT


Kərə yağını sürtgəcdən keçirib unla ovun. Yumurta sarılarını əlavə edib yenə ovun, sodalı xamanı əlavə edib xəmir yoğurun.
Qozlu soçi paxlavası resepti - FOTO RESEPT


Qozlu soçi paxlavası resepti - FOTO RESEPT

Qozlu soçi paxlavası resepti - FOTO RESEPT


Xəmiri 3 yerə bölün, kündələyin. Bir qaba qoyub ağzını örtün, soyuducuda 30-40 dəqiqə saxlayın.
Qozlu soçi paxlavası resepti - FOTO RESEPT


İç:
Qozu ət maşınından keçirin, 150 q şəkər tozu əlavə edib qarışdırın.
Qozlu soçi paxlavası resepti - FOTO RESEPT


Darçın, hil və mixəyi qəhvəüyüdəndə üyüdün, ələyib qoza əlavə edin.

Yumurta ağına 1 çimdik duz və 150 q şəkər tozu əlavə edib çəngəllə çalın. Sonra qozlu qarışığı buraya əlavə edib yaxşıca qarışdırın, iki yerə bölün.

30x20 sm ölçülü teflon örtüklü metal formaya perqament döşəyin.

Soyuducudan kündələrin birini çıxarın. Yastılayıb urfasız (un vurmadan), formanın ölçüsündə yayın. Sonra zərf kimi qatlayın və formanın içinə qoyun.

Hamarlayın, için yarısını üstünə bərabər qaydada yayın.
Soyuducudan ikinci kündəni çıxarın, əməliyyatı təkrarlayın (yayın, formadakı için üstünə qoyun, için qalanını üstünə döşəyib yayın). Üçüncü kündəni yayıb sonuncu layın üstünə çəkin. Formanın üzərinə dəsmal çəkib soyuducuda yarım saat saxlayın.
Qozlu soçi paxlavası resepti - FOTO RESEPT


Sobanı 200 dərəcə C qızdırın.
Qozlu soçi paxlavası resepti - FOTO RESEPT


Paxlavanı soyuducudan çıxarın, tərəfi 5 sm olan kvadratlara bölün, üzərinə yumurta sarısı çəkin, sobada 15 dəqiqə bişirin. Sonra dərəcəni 180-ə endirib daha 30 dəqiqə bişirin.
Qozlu soçi paxlavası resepti - FOTO RESEPT


Paxlavanı sobadan çıxarıb soyudun.
Qozlu soçi paxlavası resepti - FOTO RESEPT

Qozlu soçi paxlavası resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, yayın, üstünə, bölün, dəqiqə, Sonra, şəkər, qarışdırın, çıxarın, sarısı, çəkin, qoyun, üzərinə, yumurtanın, çimdik, Paxlavanı, kündəni, yumurta, saxlayın, soyuducuda
BİZİ İZLƏYİN