• “Plambir” dondurması resepti

Reseptin məlumatları Baxış sayı: 5 118

Tarix : 8-12-2018, 12:00

Bölmə : Şirniyyatlar / Dondurmalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : miss_ira_de


Tərkibi:
3 ədəd yumurta,
150 qr şəkər tozu,
100 ml süd,
2 paket vanil,
200 qr qaymaq,
badam, kakos

Hazırlanması:
Əvvəlcə yumurtanın ağını sarısından ayırırıq. Sarısının üzərinə 50 qr şəkər tozu əlavə edib, mikserlə qarışdırırıq. Üzərinə süd töküb, biraz qarışdırdıqdan sonra qaza qoyuruq. Qatılaşana kimi dayanmadan qarışdırırıq. Qatılaşanda qazdan götürüb, soyuması üçün kənara qoyuruq.
Bu müddət ərzində yumurta ağını tam köpük olanadək mikserlə qarışdırırıq. Üzərinə qalan şəkər tozunu (100 qr) və vanili əlavə edib, qarışdırmağa davam edirik. Ayrı bir qabda qaymağı mikserlə çalırıq. Üzərinə yumurta ağını, ardınca sarısı ilə hazırladığımız qarışımı töküb, mikserlə 2 dəqiqə daha qarışdırırıq. İstədiyimiz qaba əlavə edib, buzxanaya yerləşdiririk. 5-6 saat saxladıqdan sonra üzərini badam, kakos, meyvə və s. ilə bəzəyib, süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: mikserlə, qarışdırırıq, əlavə, şəkər, yumurta, ağını, Üzərinə, sonra, qoyuruq, töküb, badam, kakos, qarışdırmağa, ardınca, sarısı, çalırıq, vanili, qaymağı, edirik, qabda
BİZİ İZLƏYİN