Tərkibi:1 çay stəkanı rəndələnilmiş hindistan qozu (kakos)
Yarım kq süzmə qatıq
1 su stəkanı toz şəkəri
Yarım limonun suyu
1 paket vanil
Üzəri üçün: 2 paket (80 qramlıq) bitter şokolad
Hazırlanması:Dərin bir qabda süzmə qatıq ilə toz şəkəri yaxşıca çırpın. Hindistan qozu, limon suyu və vanili əlavə edib, çırpmağa davam edin. Donması üçün buzluqda 1 gecə gözlədin. Digər tərəfdən benmari üsulu əritdiyiniz şokoladı sıxma torbasına doldurun. Bir çömçənin xaricinə şokolad ilə cızıqlar edərək şəkil verin və buzluqda 1-2 saat gözlədin. Dondurmanı servis edəcəyiniz zaman dondurma qaşığı ilə servis qabına toplar çıxarın. Üzərinə çömçənin üzərində dondurub, çıxardığınız şokoladları yerləşdirin və gözlətmədən servis edin.
Nuş olsun!
Etiketlər: сöviz, servis, şəkəri, gözlədin, şokolad, qatıq, buzluqda, paket, süzmə, çömçənin, stəkanı, Yarım, verin, edəcəyiniz, Dondurmanı, şəkil, doldurun, xaricinə, zaman, cızıqlar, edərək