• Limonlu çiyələkli dondurma resepti

Reseptin məlumatları Baxış sayı: 13692

Tarix : 20.12.2014, 09:00

Bölmə : Şirniyyatlar » Dondurmalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
500 qram çiyələk
300 qram şəkər tozu
2 stəkan su
1 ədəd limon suyu

Hazırlanması:
Çiyələklərin saplarını ayırd edib, 4-5 dəfə yaxşıca yuyun.
Çini kasaya qoyub üzərinə 1 ədəd limon suyunu əlavə edin. Şəkəri bir qazana qoyub üzərinə suyu əlavə edin və 5-10 dəqiqə qaynadın. Siropu qazdan götürüb soyudun.
Soyuq siropu çiyələklərin üzərinə töküb yaxşıca qarışdırın. Sonra bu qarışığı tel süzgəcdən əzərək farfor bir qaba tökün. Bu rəngli siropu buz qəliblərinə qoyun və soyuducuya qoyaraq donmasını gözləyin.
Hərdənbir qəlibi götürərək yaxşıca qarışdırıb təkrar buzluğa qoyun. İstədiyiniz donma dərəcəsinə gəldiyində nuş edin.

Nuş olsun!

Etiketlər: üzərinə, yaxşıca, siropu, qoyub, limon, qoyun, əlavə, donmasını, soyuducuya, qoyaraq, qəliblərinə, süzgəcdən, farfor, tökün, rəngli, gözləyin, qəlibi, donma, dərəcəsinə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
DADLI
Sitat: afterlife
salam. Çini nedi?

Sitat: sabina
SALAM MƏN ÇİNİ SÖZÜNÜ BAŞA DÜŞMƏDİM YƏQİN ÇİYƏLƏK YAZMAQ İSTEMİSİZ

Çini kasa - torpağın bişirildikden sonra forma verilib qap-qacaq, kasa və s. əşyalar hazırlanır.
Yəni torpaqdan hazırlanmış kasa.
25 mart 2015 16:47
3
Offline
sabina
SALAM MƏN ÇİNİ SÖZÜNÜ BAŞA DÜŞMƏDİM YƏQİN ÇİYƏLƏK YAZMAQ İSTEMİSİZ
25 mart 2015 16:06
2
Offline
afterlife
salam. Çini nedi?
20 fevral 2015 22:16
1
BİZİ İZLƏYİN