• Dondurmalı irmik halvası resepti

Reseptin məlumatları Baxış sayı: 14 998

Tarix : 3-07-2015, 22:00

Bölmə : Dondurmalar / Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q irmik,
250 q kərə yağı,
40 q fıstıq,
2 stəkan süd,
1 su stəkanı su,
3 stəkan şəkər tozu,
Sadə dondurma(içinə qoymaq üçün),

Hazırlanması:
Çölü ilıq, içi soyuq olan bu şirniyyat dadı damaqlarda taxt qurmuş bir şirniyyatdır.
Su, süd, şəkəri geniş bir kasaya qoyub şəkər əriyənə qədər qarışdırın.
Şərbəti qaynatmağa ehtiyac yoxdur.
Tavaya kərə yağını alın, fıstıqları əlavə edin və rəngi bir az dəyişənə qədər qovurun.
Fıstıqlar bir az qovrulandan sonra irmiyi də əlavə edərək rəngi dəyişənə qədər, ərtafa gözəl ətir yayılana qədər sürəkli qarışdırıb qovurun.
Qovrulandan sonra kənarda hazır olan şərbəti irmiyin üzərinə qarışdıraraq tökün.
Diqqət edin əl-üzünüzə sıçramasın.
Daha sonra ocağı söndürərək dəmlənməyə qoyun.
5-10 dəqiqə dəmlənən halvanın qapağını açıb ilıması üçün gözləyin.
Halva soyuq olmamalıdır, yoxsa dondurmanı əridə bilər və lazım olan keyfiyyəti ala bilməzsiniz.
Kiçik şorba kasasının içini strec filmlə örtüb ortası boş qalacaq şəkildə halvanı yerləşdirin.
Orta hissəsinə doldurma qoyub üzərinə bir az daha halva qoyub örtün.
Daha sonra servis tabağını tərs çevirin.
Üzərini fındıq, fıstıq, qoz, hind qozu, kimi dilədiyiniz çeşidlə bəzəyin.
Bu şəkildə tək nəfərlik dondurmalı irmik halvasını saxlamadan servis edin.
Içi soyuq, çölü isti bu halva təsirli bir qida olacaqdır.

Nuş olsun!
Etiketlər: sonra, qədər, qoyub, soyuq, üzərinə, stəkan, fıstıq, halva, irmik, rəngi, əlavə, qovurun, servis, şəkildə, şəkər, dəyişənə, filmlə, Kiçik, kasasının, strec
BİZİ İZLƏYİN