• Ev şəraitində vanilli dondurma resepti

Reseptin məlumatları Baxış sayı: 25 507

Tarix : 15-07-2015, 16:00

Bölmə : Şirniyyatlar / Dondurmalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
1 L yağlı süd
1 çay qaşığı toz səhləb (5 qr)
1 çay qaşığı vanil
1 stəkan toz şəkər.

Hazırlanması:
Bir qab içərisinə toz şəkər, səhləb və vanil qoyularaq qarışdırılır
1 L süd qaynadılır. Sonra əvvəlcədən hazırladığımız qarışıq (toz şəkər, səhləb, vanil) südə yavaş yavaş əlavə edilir. Süd qaynamağa başladıqdan sonra isidicinin temperaturu azaldılır. Qarışıq vam odda 10 dəqiqə sovrularaq qaynadılır. 10 dəqiqə tamam olduqdan sonra qazan ocağın üzərindən götürülür, otaq temperaturuna qədər soyuması gözlənilir. Bundan sonra qazanın qapağı örtülü olaraq soyuducuya dondurucu bölümünə yerləşdirilir. Burada 2 saat gözlədilir. Bunda n sonra dondurma dondurma qarışdırılır və yenidən dondurucuya yerləşdirilir. Qazandakı süd tamamən donana qədər hər saat başı qarışdırılır. Təqribən 5 saat sonra vanilli sadə dondurmamız servisə hazırdır.

Nuş olsun!
Etiketlər: sonra, şəkər, vanil, qarışdırılır, səhləb, qaynadılır, yavaş, dəqiqə, dondurma, qədər, qaşığı, yerləşdirilir, dondurucu, bölümünə, örtülü, Bundan, gözlənilir, qazanın, qapağı, olaraq
BİZİ İZLƏYİN