• Ev üsulu şokaladlı pudinq resepti

Reseptin məlumatları Baxış sayı: 83 800

Tarix : 3-12-2015, 22:00

Bölmə : Şirniyyatlar / Dondurmalar

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4


Tərkibi:
3 yemək qaşığı un
3 yemək qaşığı kakao
3 yemək qaşığı şəkər tozu
3 stəkan süd
80 qram bitter şokalad.

Bəzək üçün:
Çiyələk

Hazırlaması:
1. Pudinq hazırlamaq üçün bütün materialları: un, kakao, şəkər tozu, süd, bitter şokaladı bir qazanda qarışdırın və bu qarışığı bişirin.
2. Bişən pudinq qatılaşıb lazımi qatılığa gəldikdən sonra ocağın üzərindən götürün. Ancaq soyuyana qədər pudinqi qarışdırmağa davam edin.
3. Biraz soyuyduqdan sonra hazır olan pudinqi süfrəyə veriləcək kasalara çəkin.
Qeyd: əgər şokaladlı pudinqin üzərində qaymaq əmələ gəlməsini istəmirsinizsə, bu zaman kasaların üzərini streç filmlə bağlayın.
4. Puding soyuduqdan sonra soyuducuya alın. Burada tam soyumasını gözləyin.
5. Soyuyan pudinqi süfrəyə verərkən üzərinə bütöv çiyələk qoyaraq bəzəyin.

Nuş olsun!
Etiketlər: sonra, qaşığı, pudinqi, yemək, kakao, süfrəyə, bitter, şəkər, istəmirsinizsə, gəlməsini, zaman, üzərini, kasaların, əmələ, üzərində, kasalara, veriləcək, çəkin, şokaladlı, pudinqin
BİZİ İZLƏYİN