• Asan şokoladlı dondurma resepti

Reseptin məlumatları Baxış sayı: 12315

Tarix : 8.02.2016, 10:00

Bölmə : Şirniyyatlar » Dondurmalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6




Tərkibi:
2 stəkan süd (yağlı və ya yağı az ola bilər, amma yağlı olsa daha ləzzətli olar)
1 konserv bankası (390 qramlıq) qatılaşmış süd (squshennoye moloko)
3 xörək qaşığı tünd şəkərsiz kakao (şirin kakao tozu vursanız dondurmanız həddindən artıq şirin olar)
1 xörək qaşığı qarğıdalı nişastası

Hazırlanması:
Balaca qazana süd və kakao tozunu qoyun. Orda odda dəyanmadan qarışdıra-qarışdıra, kakao həll olana qədər bişirin. Qatılaşmış südü əlavə edin və qarışdıra-qarışdıra 2 dəqiqə də bişirin. Qazana oddan kənara çəkin.
Alınan kütlədən təxminən 0.5 stəkan ayırıb stəkana tökün. Bu stəkana qarğıdalı nişastası əlavə edib həll edin.
Nişastalı qarışığı qazana geri tökün. Qazanı yenidən orda oddan dayanmadan qarışdıra-qarışdıra kütlə bir qədər qatılaşanadək bişirin (təxminən 6-7 dəqiqə çəkir). Qarışığın qatılığının kifayət olub olmamasını bu cür yoxlayın: taxta qaşığı qarışığa salıb çıxardın. Əgər qaşığın üstündə südlü plyonka əmələ gəlirsə, və əgər barmağınızla o plyonkanın ortasından bir xət çəkdiyinizdə o xət yenidən birləşmirsə, onda qarışığın qatılığı istənilən kimidir.
Qazanı kənara çəkin. Alınan kütləni soyuğa dayanaqlı bir qabın içinə boşaldın. Qabı soyuducuya qoyun ki, dondurma tamamilə soyusun. Təxminən 1 saat sonra çıxardın və qaşıqla qarışdırın. Sonra yenidən buzluğa qoyun. Bu prosesi təxminən 1 saat sonra da təkrarlayın. Dondurmanı buzşuğa qoyun və tamamilə donmasını gözləyin. Dondurmanız hazırdır.

Nuş olsun!
loading...

Etiketlər: qarışdıra, kakao, qoyun, dondurma, əlavə, sonra, istifadə, qaşığı, bişirin, yenidən, təxminən, xörək, tamamilə, Qazanı, yağlı, stəkan, çıxardın, Olsun, qarğıdalı, ləzzətli
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
Aynurr
Təşəkkürklər

Təşəkkürlər
14 oktyabr 2015 17:18
1
BİZİ İZLƏYİN