• Qatıqlı dondurma resepti

Reseptin məlumatları Baxış sayı: 11300

Tarix : 23.01.2016, 16:00

Bölmə : Şirniyyatlar » Dondurmalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
3 su stəkanı qatıq,
1,5 sustəkanı şəkər tozu,
2 dənə limon qabığı rəndəsi,
2 ədət limon suyu,
İstəyə bağlı olaraq fındıq, qoz, badam, üzüm, təzə mövsüm meyvələri, yaxud da quru meyvələr,

Hazırlanması:
Qatıqlı dondurma üçün susuz qatıqdan istifadə etmək daha məqsədə uyğundur.
Süzmədən və ya evdə hazırlanan qatıqdan da istifadə edə bilərsiniz.
Şəkər istifadə etmək istəməyənlər istəyə görə bal və bəkməzdən də istifadə edə bilərlər.
Dondurma hazırlamaq üçün əvvəlcə hansı qatıqdan istifadə edəcəyinizi müəyyənləşdirməniz lazımdır.
Əgər istifadə edəcəyiniz qatıqda qaymaq varsa qaymağı çəngəllə möhkəm əzin və qatığın içərisində tamamən əriyib qarışmasına çalışın.
Əvvəlcə qatığı bir az qarışdırın.
Sonra qatığın içərisinə şəkəri(istəyə görə istifadə edəcəyiniz ərzağı), rəndələnmiş limon qabığını, limon suyunu da qataraq geniş bir qabda şəkər əriyənə qədər və bütün ərzaqlar tamamən qarışana qədər qarışdırın.
Hazırladığınız qarışığı geniş bir kasaya qoyub soyuducuda 8-10 saat arası saxlayın.
Soyuducudan çıxarılan dondurmanı kasalara paylaşdırıb üzərinə istəyə görə və zövqünüzə görə təzə meyvə, quru meyvə, ya da fındıq, qoz, üzüm çeşitlərindən bir neçəsi ilə bəzəyərək servis edin.
Körpələrinizə dondurma verməzdən əvvəl dondurmanı otaq temperaturunda bir az saxlayıb sonra servis edə bilərsiniz.

Nuş olsun!
loading...

Etiketlər: istifadə, limon, qatıqdan, istəyə, dondurma, edəcəyiniz, geniş, dondurmanı, etmək, bilərsiniz, qədər, meyvə, Qatıqlı, servis, qatığın, şəkər, qarışdırın, fındıq, tamamən, sonraçevirmək
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
Zizi
Qatıqlı dondurma onun dadı necə olar ki?
4 fevral 2016 20:59
2
Offline
arzum-aysum
qatiqli dondurma ilk defedir eşidirəm
13 noyabr 2015 10:55
1
BİZİ İZLƏYİN