• Çiyələkli asan dondurma resepti

Reseptin məlumatları Baxış sayı: 19 561

Tarix : 26-05-2014, 08:24

Bölmə : Şirniyyatlar / Dondurmalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4


Tərkibi:
500 qram çiyələk
300 qram şəkər tozu
2 stəkan su
1 ədəd limon suyu

Hazırlanması:
Çiyələklərin saplarını ayırd edib, 4-5 dəfə yaxşıca yuyun.
Çini kasaya qoyub üzərinə 1 ədəd limon suyunu əlavə edin.
Şəkəri bir qazana qoyub üzərinə suyu əlavə edin və 5-10 dəqiqə qaynadın. Siropu qazdan götürüb soyudun.
Soyuq siropu çiyələklərin üzərinə töküb yaxşıca qarışdırın.
Sonra bu qarışığı tel süzgəcdən əzərək farfor bir qaba tökün.
Bu rəngli siropu buz qəliblərinə qoyun və soyuducuya qoyaraq donmasını gözləyin.
Hərdənbir qəlibi götürərək yaxşıca qarışdırıb təkrar buzluğa qoyun.
İstədiyiniz donma dərəcəsinə gəldiyində götürün.

Nuş olsun!
Etiketlər: üzərinə, yaxşıca, qoyub, əlavə, qoyun, siropu, limon, çiyələk, soyuducuya, qoyaraq, donmasını, qəliblərinə, rəngli, süzgəcdən, farfor, tökün, gözləyin, qəlibi, donma
BİZİ İZLƏYİN