• Dondurma qızartması resepti

Reseptin məlumatları Baxış sayı: 14 088

Tarix : 19-06-2016, 15:00

Bölmə : Şirniyyatlar / Dondurmalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
Istəyə bağlı olaraq çiyələkli, kakaolu və ya vanilli bir top dondurma
Bir miqdar un
Qızartmaq üçün bol duru yağ
Şokolad sousu
Vanil sousu
Qaymaq

Hazırlanması:
Top dondurmanı hər tərəfinə yayılacaq şəkildə una bulayın.
Daha sonra üç saat soyuducuda dondurun çoxlu duru yağı qazana qoyub yaxşıca qızdırın.
Yaxşı qızan yağa soyuducudan çıxardığımız dondurma toplarını yavaşca qoyuruq.
Nar kimi qızarması üçün bir dəqiqə bəs edəcəkdir.
Ətrafı qızaranda servis boşqabına qoyub, ətrafına və biraz da üzərinə əlinizdə hansı sos varsa, onu tökün.qaymaqla bərabər isti olaraq servis edin.

Nuş olsun!
Etiketlər: dondurma, sousu, servis, olaraq, qoyub, dəqiqə, qızarması, edəcəkdir, Ətrafı, qızaranda, qoyuruq, yavaşca, qızan, soyuducudan, çıxardığımız, toplarını, 45Tərkibi, boşqabına, tökün, qaymaqla
BİZİ İZLƏYİN