• Dondurmalı sendviç parfe resepti

Reseptin məlumatları Baxış sayı: 14 015

Tarix : 20-06-2016, 15:00

Bölmə : Şirniyyatlar / Dondurmalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
1 paket kakaolu peçenye (14 ədəd)
1 qutu toz krem şanti
1 çay stəkanı krem
1 yemək qaşığı labne pendiri
1 yemək qaşığı bal
2 yemək qaşığı damla şokolad

Hazırlanması:
1 çay stəkanı soyuq kremlə toz krem şantini birlikdə mikserlə yaxşı qarışdırın.
Sonra balı və labne pendirini əlavə edib qarışdırmağa dvam edin.
İçinə damla şokoladı da əlavə edib qaşıqla qarışdırdıqdan sonra , hazırladığımız kremi bütün peçenyelərə bərabər şəkildə paylaşdırın.
İki peçenyeni birləşdirin və yüngül şəkildə sıxın.
Kənarlarını bıçaqla düzəldib, bir-birinə dəyməyəcək şəkildə servis boşqabına qoyun.
Soyuducuya qoyub, yaxşı donduqdan sonra yeyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: yemək, qaşığı, şəkildə, damla, əlavə, yaxşı, labne, sonra, stəkanı, yüngül, sıxın, Kənarlarını, peçenyelərə, peçenyeni, bərabər, paylaşdırın, birləşdirin, birinə, Soyuducuya, qoyub
BİZİ İZLƏYİN