• Ağ şokoladlı parfe resepti

Reseptin məlumatları Baxış sayı: 14 659

Tarix : 15-06-2016, 13:00

Bölmə : Şirniyyatlar / Dondurmalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4


Tərkibi:
225 qr ağ şokolad
2.5 su stəkanı süd kremi
1/2 su stəkanı süd
5 yumurta sarısı
1 xörək qaşığı şəkər
1 çay stəkanı kakos
1 su stəkanı fıstıq

Üzəri üçün:
225 qr sadə şokolad
1 su stəkanı krem
1 xörək qaşığı bal
5-6 ədəd böyürtkən

Hazırlanması:
Ağ , şokoladı kiçik parçalara bölüb yarım su stəkanı kremlə birlikdə qarışdıraraq benmari üsulu ilə əridin.
Kakosu əlavə edib qarışdırın və soyumağa qoyun.
1 su stəkanı kremi ayrı bir qabda qatılaşana qədər çırpın.
Ağ şokoladlı qarışığa əlavə edin.
1 su stəkanı krem və yarım su stəkanı südü kiçik bir qazanda qaynadın.
Şəkər tozu və yumurta sarılarını dərin bir qabda çırpın.
Çırpmağa ara vermədən qaynar südü əlavə edin.
Qarışığı qazana alıb batıq atəşdə qarışdıraraq qatılaşana qədər 2-3 dəqiqə bişirin.
Qaynamadan atəşdən alın və qarışdıraraq soyudun.
Fıstıqları suda saxlayıb soyun.
Düzbucaqlı şüşə bir qabı üfüqi formada folqaya sarın.
Ağ şokoladlı qarışığı ilə yumurtalı qarışığı çırpın.
Yarısını şüşəli qaba qoyun və buzluqda 2 saat saxlayın.
Fıstıqları yayıb üzərinə qalan qarışığı əlavə edin.
8 saat daha buzluqda saxlayın.Üzəri üçün; sadə şokoladı benmari üsulu əridin. Kremi ayrı bir qabda istilədin. Atəştən gğtürüb şokolad və balı əlavə edin, qarışdıraraq isidin. Parfeyeni boşqaba çevirərək qəlibdən çıxarın. Folqoyu üzərindən götürüb suya batırılmış iti bir bıçaqla dilimləyin. Üzərini şokolad və böyürtkən ilə bəzəyib dərhal süfrəyə təqdim edin.

Nuş olsun!
Etiketlər: stəkanı, əlavə, şokolad, qarışdıraraq, çırpın, qarışığı, qabda, benmari, üsulu, əridin, şokoladlı, Fıstıqları, buzluqda, saxlayın, qədər, qatılaşana, qoyun, qaşığı, şokoladı, yumurtada
BİZİ İZLƏYİN