Tərkibi:0,5 stəkan yoqurt
2-3 xörək qaşığı bal
6-8 ədəd ərik
1 xörək qaşığı limon şirəsi
Hazırlanması:Ərik tumlarından təmizləndikdən sonra buzxanada 6-7 saat tam dondurulana qədər saxlanılır. Daha sonra ərik, yoqurt, bal, limon şirəsi blenderdən keçirilir. Hazırlanmış qarışığı xüsusi dondurma qaşıqları (dondurmanı dairəvi hala salır) və ya xörək qaşığı ilə çıxara bilərsiniz.
Dondurmanız hazırdır :)
Onu nanə yarpaqları, ərik dilimləri və digər üsullarla dizayn edərək süfrəyə verə bilərsiniz.
Nuş olsun!
Etiketlər: qaşığı, xörək, sonra, şirəsi, limon, bilərsiniz, yoqurt, hazırdır, Dondurmanız, dairəvi, yarpaqları, salır, çıxara, dizayn, edərək, süfrəyə, dondurmanı, üsullarla, digər, dilimləri