Tərkibi:
1,5 kiloqram yemiş
1 su stəkanı su
1 ədəd limonun suyu
Hazırlanması:
Yemişi ortadan ikiyə bölün . Dənələrini təmizləyin.
Dənələrini yaxşıca təmizlədiyiniz yemişlərin qabıqlarını soyun .
Yemişləri kiçik parçalar halında dilimləyin.
Blender içərisinə qoyun və yemişlərinizi püre halına gətirin .
Püre halına gəldiyində su və limon suyunu əlavə edib, qarışdırın.
Dondurma maşınınız varsa ; 10 dəqiqə orta sürətdə qarışdırıb qatılaşana qədər qarışdırın. Qarışığı orta boy bir boşqaba yerləşdirib , dondurucuda 24 saat gözlədib servis edin .
Dondurma maşınınız yoxdursa, şərbəti şüşə kasanın içinə qoyun . 1 saat arayla çıxarıb , sürətlə qarışdırıb təkrar dondurucuya qoyun.
Bu əməliyyatı 3 dəfə təkrarladıqdan sonra 12 saat kənara buraxın.
Nuş olsun!
Etiketlər: qoyun, qarışdırıb, halına, Dənələrini, Dondurma, qarışdırın, maşınınız, boşqaba, yerləşdirib, dondurucuda, Qarışığı, qatılaşana, varsa, dəqiqə, sürətdə, gözlədib, qədər, yoxdursa, təkrarladıqdan, əməliyyatı