• Şokoladlı keks resepti

Reseptin məlumatları Baxış sayı: 6 342

Tarix : 17-08-2017, 17:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Keks üçün:
3 ədəd yumurta,
1 st. şəkər tozu,
1 st. yağ,
1 st. süd,
3 x.q. kakao,
1.5 st. un,
1 paket qabartma tozu,
1 paket vanil

İçlik üçün:
1 st. kakos,
2 ədəd yumurtanın ağı,
0.5 st. pudra şəkəri

Qlazur üçün:
süd,
şokolad yağı

Hazırlanması:
Əvvəlcə yumurta və şəkər tozunu ağarana kimi mikserlə çalırıq. Üzərinə keks üçün qeyd olunmuş digər ərzaqları əlavə edib, xəmir halını alana kimi qarışdırırıq. Qəlibi yağlayıb, xəmirin bir hissəsini tökürük.
Kakos, yumurta ağı və pudra şəkərini bir qaba töküb, yoğururuq. Əlimizlə toplar düzəldib, qəlibə tökdüyümüz xəmirin üzərindən düzürük. Xəmirin qalan hissəsini də töküb, 180 dərəcə istilikli sobada bişiririk.
Şokoladı süd vannasında əridirik. Keksin üzərinə tökürük. İstəyə bağlı olaraq xırda doğranmış qoz ləpəsi əlavə edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: yumurta, xəmirin, əlavə, tökürük, töküb, pudra, hissəsini, paket, şəkər, Xəmirin, düzürük, dərəcə, istilikli, üzərindən, qalan, qəlibə, Əlimizlə, toplar, düzəldib, sobada
BİZİ İZLƏYİN