• Şokoladlı keks resepti

Reseptin məlumatları Baxış sayı: 5 771

Tarix : 23-08-2017, 17:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 ədəd yumurta,
1 armudu st. şəkər tozu,
100 qr bitki yağı,
1 armudu st. süd,
1 paket qabartma tozu,
1 paket vanil,
2 st. un,
2 x.q. kakao

Üzəri üçün:
damla şokolad,
kakaos

Hazırlanması:
Əvvəlcə yumurta və şəkər tozunu 5 dəqiqə mikserlə çalırıq. Üzərinə yağ və süd əlavə edib, mikserin aşağı sürətilə çalmağa davam edirik. Ardınca un, vanil, kakao və qabartma tozunu əlavə edib, ehtiyatla qarışdırırıq ki, xəmir sönməsin. Hazırladığımız xəmiri yağlanmış soba qabına töküb, əvvəlcədən isidilmiş sobada bişiririk.

Su buxarında şokoladı əridib, keksimizin üzərinə tökürük. Zövqə görə kakos və damla şokoladlarla bəzəyirik.

Nuş olsun!
Etiketlər: kakao, yumurta, tozunu, əlavə, vanil, damla, qabartma, şəkər, armudu, paket, isidilmiş, bişiririk, əvvəlcədən, sobada, xəmiri, yağlanmış, buxarında, qabına, töküb, üzərinə
BİZİ İZLƏYİN