• Almalı-darçınlı keks resepti

Reseptin məlumatları Baxış sayı: 24 312

Tarix : 30-08-2017, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 ədəd yumurta,
1 st. şəkər tozu,
1 st. qatıq,
0.5 armudu st. duru yağ,
0.5 ç.q. darçın,
un (apardığı qədər), 1 paket qabartma tozu,
1 paket vanil

Üzəri üçün:
2-3 ədəd alma,
0.5 ç.q. darçın,
0.5 ç.q. un,
şəkər pudrası

Hazırlanması:
Əvvəlcə yumurta və şəkər tozunu ağarana kimi mikserlə çalırıq. Daha sonra xəmir üçün qeyd olunmuş qalan quru ərzaqları da ardıcıl olaraq əlavə edib, qaşıqla qarışdırırıq. Yağlı kağız sərilmiş soba qabına tökürük. Bir qabda xırda kəsilmiş alma, darçın və unu qarışdırıb, xəmirin üzərinə tökürük. 180 dərəcə istilikli sobada bişiririk. Son olaraq üzərinə şəkər pudrası səpirik.

Nuş olsun!
Etiketlər: şəkər, darçın, tökürük, üzərinə, yumurta, olaraq, paket, pudrası, kağız, sərilmiş, qabına, Yağlı, bişiririk, səpirik, qarışdırırıq, sobada, qabda, xəmirin, istilikli, qaşıqla
BİZİ İZLƏYİN