• Dadlı, ləzzətli almalı keks resepti

Reseptin məlumatları Baxış sayı: 27 753

Tarix : 9-09-2017, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 ədəd yumurta,
1 st. şəkər tozu,
1 çimdik duz,
1 st. duru yağ,
1 st. qatıq,
1 ədəd qabartma tozu,
2 ədəd alma,
1 ovuc kişmiş,
380 qr un

Hazırlanması:
Əvvəlcə almaların qabığını soyub, kub formasında doğrayırıq. Rənginin dəyişməsini istəmirsinizsə, limonlu suda gözlədin. Daha sonra yumurta, şəkər tozu və bir çimdik duzu mikserlə çalırıq. Üzərinə yağ, qatıq, qabartma tozu töküb, çalmağa davam edirik. Son olaraq alma, kişmiş və un əlavə edib, ehtiyatla qarışdırırıq ki, xəmir sönməsin. Qatı xəmir alınır. 5-10 dəqiqə gözlətdikdən sonra yağlanmış tavaya töküb, az odda bişiririk. Üzərinə şəkər pudrası səpə və ya şokolad tökə bilərsiniz.

Nuş olsun!
Etiketlər: şəkər, sonra, töküb, yumurta, xəmir, Üzərinə, kişmiş, çimdik, qatıq, qabartma, qarışdırırıq, əlavə, sönməsin, ehtiyatla, yağlanmış, pudrası, şokolad, bilərsiniz, bişiririk, tavaya
BİZİ İZLƏYİN