• Çaylı-şokoladlı keks resepti

Reseptin məlumatları Baxış sayı: 19 149

Tarix : 25-08-2014, 15:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
3 yumurta
2 st. şəkər tozu
1 st. çay dəmi
3/4 st. bitki yağı
2 st. un
1 st. kəpəkli un
1 x.q. kakao
1 ç.q. darçın
1 paket qabartma tozu

Sous:
100 ml qaymaq
2 x.q. bal
2 x.q. quru çay
80 q bitter şokolad

Hazırlanması:
Yumurtaları şəkər tozu ilə çalın. Otaq temperaturunda olan çay və bitki yağını əlavə edin, qarışdırın.

Ayrı bir qabda un, kəpəkli un və qabartma tozunu qarışdırın. Yumurtalı qarışığa əlavə edin, çalın.

Yağlanıb un səpilmiş siniyə boşaldın. Əvvəlcədən 175 dərəcə qızdırılmış sobada bişirin.

Bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın.

Sous: qaymağı qazana töküb ocağın üstünə qoyun. Bal və quru çayı əlavə edin, vam odda çayın rəngi çıxana qədər qızdırın. Şokoladı bir qabda xırdalayın. Çaylı qarışığı süzgəcdən şokoladın üzərinə süzüb qarışdırın (şokolad əriməlidir).

Bu sousu keksin üzərinə gəzdirin. Dilimləyib süfrəyə verin.

Nuş olsun!
Etiketlər: qarışdırın, əlavə, şəkər, şokolad, üzərinə, çalın, qabda, qabartma, kəpəkli, bitki, qədər, xırdalayın, qızdırın, Şokoladı, çıxana, çayın, töküb, qazana, ocağın, üstünə
BİZİ İZLƏYİN