• Umaclı, kəsmikli piroq resepti

Reseptin məlumatları Baxış sayı: 27 063

Tarix : 14-08-2017, 19:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
2,5 st. un,
200 qr yağ,
1 st. şəkər tozu,
1 paket qabartma tozu

İçlik üçün:
200 qr kəsmik,
0.5 st. şəkər tozu,
2 ədəd yumurta,
2 x.q. qatıq (və ya xama),
1 paket vanil

Hazırlanması:
Əvvəlcə una şəkər tozu, yağ və qabartma tozu əlavə edib, əlimizlə umac edirik. Daha sonra içlik üçün qeyd olunmuş bütün ərzaqları bir qaba töküb, yaxşıca çalırıq. Soba qabını yağlayıb, umacın bir hissəsini tökürük. Ardınca içliyi hər tərəfə bərabər yaydıqdan sonra, üzərinə qalan umacı əlavə edirik. 180 dərəcə istilikli sobada üzü qızarana kimi bişiririk. 3 saat gözlətdikdən sonra süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: sonra, şəkər, əlavə, edirik, qabartma, paket, üzərinə, qalan, yaydıqdan, tərəfə, tökürük, Ardınca, içliyi, umacı, bərabər, istilikli, gözlətdikdən, süfrəyə, bilərsiniz, bişiririk
BİZİ İZLƏYİN